Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

Ziya Məmmədovun işçilərinə cinayət işi açıldı


-
Nəqliyyat Nazirliyinin «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin sürücüyə qarşı zorakılıq etmiş əməkdaşlarına cinayət işi açılıb.

Hadisə aprelin 23-ü saat 13 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib. Nəqliyyat Nazirliyinin əməkdaşları Rəşad Əhmədov, Fərid Həsənov və başqaları Vüsal Həsənovun idarə etdiyi «Mercedes» markalı avtomobili saxlayıblar.

Onlar avtomobilə minib Vüsal Həsənovun sənədlərini tələb ediblər. Daha sonra Vüsala qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetiriblər.

Aprelin 25-də Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

İstintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG