Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:18

Gurvich Kremlin siyasi iştahı ilə maddi imkanlarının uyğun gəlmədiyini deyir


Yevsei Gurvich, arxiv fotosu
Yevsei Gurvich, arxiv fotosu
Kremlin saray ekspertlərinən sayılan Yevsei Gurvich hesab edir ki, Rusiya o qədər də varlı ölkə deyil ki, Qərblə qarşıdurmaya, beynəlxalq təcriddə qalmağa iqtisadi imkanları çatsın.

Gurvich Rusiya prezidenti yanında iqtisadi şuraya daxil olan ekspert qruplarından birinin rəhbəridir.

AzadliqRadiosu ilə müsahibəsində iqtsadçı-eskpert deyir ki, Rusiyanın geosiyasi iddiaları iqtisadi inkişaf səviyyəsindən qabaqda gedə bilməz.

“Ölkə, qarşısına məqsəd qoyanda öz gücünü düzgün bölüşdürməli, seçməlidir ki, orduya, istehlaka və sairə nə qədər pul xərcləməli, nə qədər pula qənaət etməlidir. Əgər biz iqtisadi ziyan hesabına geosiyasi vəzifələrimizi şişirdiriksə, nəticədə nə iqtisadiyyatımız olacaq, nə də geosiyasətimiz”. – Gurvich bildirir.

Əks halda, Gurevich-in fikrincə, Rusiya dünya siyasətində superdövlət statusundan 3-cü dünya ölkəsi səviyyəsinə düşə bilər.
XS
SM
MD
LG