Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

Pakistanda bir ildə 1600-dən çox qadın öldürülüb və ya intihar edib


Pakistanın insan haqları komissiyası ölkədə qadınların vəziyyəti, eləcə də əmək şəraiti haqda illik hesabatını yayıb.

Son bir ildə Pakistanda namus üstündə 869 qadın öldürülüb. 800-dən çox qadın isə özünü öldürüb.

Pakistanda qadınların cəmi 18 faizinin tam orta və ya ali təhsili var. Qadınların cəmi 28 faizi işləyir.

Pakistanda hər il xəstəliklərdən 800 min uşaq ölür.

Pakistanda 2 milyon adam müxtəlif şəkildə qul əməyi ilə məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG