Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Rauf Mirqədirovun həbsi barədə qərardan apellyasiya şikayətinə baxılır


Rauf Mirqədirov

Rauf Mirqədirov

-
Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılır.

APA-nın məlumatına görə, məhkəmə hazırda həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayətinə baxır.

«Ayna-Zerkalo» qəzetinin Türkiyədə olan əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiyaedilib. O, 4 il idi ki, Türkiyədə yaşayırdı. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist barəsində 3 aylıq həbs qərarı seçilib. Rauf Mirqədirov ona qarşı irəli sürülən ittihamları əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG