Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:16

Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvota dolub


Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlər dolub və sənəd qəbulu başa çatıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu il Azərbaycandan Həcc ziyarətinə 3200 zəvvar yola düşəcək.

Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq.

İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-də Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.
XS
SM
MD
LG