Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42
-
Putin internetlə niyə mübarizə apardığının səbəbini axır ki, dedi. Vaxtilə dünya Holokosta da inanmırdı, halbuki bunu öz gözü ilə görən danışırdı.
Neft şirkətləri Rusiyanı çökməyə qoyarmı? - Mətbuat icmalı

***

İndependent qəzeti yazır ki, Putin indi də İnternetlə mübarizəyə başlayır.
Putin Sankt Peterburqda müşavirədə deyib ki, İnternet əvvəlcədən “Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) layihəsi idi” və “indiyə kimi belə də inkişaf edir”.

Putin əlavə edib ki, Rusiya internetdə öz maraqları uğrunda mübarizə aparmalıdır.
Dumanın qəbul etdiyi yeni qanun da sosial media saytlarından tələb edir ki, serverləri Rusiyada olsun, istifadəçilər haqda isə son 6 ayın məlumatını yaddaşda saxlasınlar.

***

Foreign Policy “Necə polşalı kuryer dünyaya Holokost haqda xəbər vermək istəyirdi” məqaləsində yazır ki, Polşalı diplomat, Polşa müqavimət hərəkatının kuryeri Jan Karski 1943-cü ildə ABŞ Ali Məhkəməsinin hakimi Felix Frankfurterlə görüşəndə Holokostun dəhşətli detalları haqda ona danışıb. Karski bunları Varşava qettosunda şəxsən görmüşdü. Ancaq Frankfurter cavab verib ki, “mən sizə inanmıram”. Buhenvald əsir düşərgəsi, 1938-ci il

Buhenvald əsir düşərgəsi, 1938-ci il



Foreign Policy yazır ki, dünyaya Holokost haqda hələ 1943-cü ildə məlumat vermək istəyən Karskinin missiyası çox çətin və hətta qeyri-mümkün idi. Ona heç kim qulaq asmırdı və ya inanmırdı.Britaniyanın baş naziri Churchill vaxtının yoxluğunu əsas gətirib, onunla görüşmədi. ABŞ prezidenti Roosevelt Karski ilə görüşdü, ona öz dəstəyini vəd etdi, ancaq bu məlumatlara heç bir reaksiya vermədi.

Belə inamsızlığı görən Karski özündə olan məlumatları kitab şəklində dərc etdi. ABŞ-da 1944-cü ildə çıxan “Məxfi dövlətin sirri” adlı kitab dərhal bestseller oldu.

Sonralar ABŞ prezidenti olmuş Bill Clinton deyirdi ki, “azadlıqsevər bütün insanlar Karskinin kitabını oxumalıdır”.
***
Obamanın Rusiya siyasətini ABŞ-ın iri neft şirkətləri pozacaqmı? Bu sualı Washington Post verir və yazır ki, 2011-ci ildə ABŞ-ın tarixdə ən mənfəətli şirkəti olan Exxon Mobil Rusiyanın dövlət şirkəti olan Rosneftlə yarım trilyon dollarlıq müqavilə bağlayıb.

Müqavilə Sibirdə, Şimal Buzlu okeanında neft istehsalını, Rusiyanın Uzaq Şərqində nəhəng qaz terminalının tikintisini nəzərdə tutur. Exxon Mobil və Rosneftin rəhbərləri müqaviləni imzalayandan sonra, 2011-ci il

Exxon Mobil və Rosneftin rəhbərləri müqaviləni imzalayandan sonra, 2011-ci il


Şimali Amerikada isə Rosneft Exxon Mobilin Texasdakı layihəsində paya malikdir.
Qəzet yazır ki, bu, təkcə Exxon Mobilin Rusiya ilə gördüyü işlərdir. ABŞ-ın digər iri neft şirkətləri , eləcə də o biri Qərb ölkələrinin neft nəhəngləri var. ABŞ milli təhlükəsizlik müşaviri Susan Rice “Rusiya Ukraynada irəliləsə, Rusiya iqtisadiyyatının əhəmiyyətli sektorlarına əlavə sanksiyalar olacaq” – dediyi gün Moskvada səfərdə olan Royal Duch Shell şirkətinin rəhbəri deyirdi ki, “biz Rusiyadakı mövqeyimizi möhkəmlətmək istəyirik”.

***

Christian Science Monitor isə 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanmasını xatırlayaraq soruşur ki, “2014-cü il 1914-cü il kimimi qurtaracaq?” Qəzet yazır ki, 1914-cü il müharibəsinə aparan dünyanın pis idarəçiliyi idi. Məsələn, o vaxtki superdövlət Britaniya avtoritar Almaniyanın güclənməsinə əhəmiyyət vermirdi.

1939-cu ildə isə hamı düşünürdü ki, 1914-cü il dünya müharibəsi bütün müharibələrin müharibəsi idi və bir daha belə müharibə ola bilməz. Hətta 1914-cü il müharibəsinə Birinci Dünya müharibəsi demək ağla belə gəlmirdi. Nəticədə yenə vəziyyəti düzgün qiymətləndirməmək İkinci, daha dəhşətli müharibəyə gətirdi.

Qəzet başqa misal çəkir ki, 1989-cu ildə totalitar ideologiya və imperiya məhv oldu. Buna gətirən Qərbin məhz ağıllı, sakit, əlaqəli strategiyası idi.

Qəzet daha sonra nə etməli?- sualını qoyaraq yazır ki, var-dövlət sülhə gətirmir, ancaq kasıblıq münaqişələrə gətirir. Ona görə qlobal rifah dünyada hamı ilə bölüşülməlidir. Bu, böyük dövlətin xarici siyasətinin mərkəzində durmalıdır.

İkincisi, dünyada güclü nizam olmalıdır. Uğurlu dünya nizamlı dünyadır. Böyük dövlət beynəlxalq nizama sadiq olmalıdır. Bu nizamı özü də pozmamalıdır, başqalarını da qoymamalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG