Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:32

Azərbaycanın «Eurovision 2014» təmsilçisi Maltadadır


Bu ilki «Eurovision 2014» mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Dilarə Kazımova Maltadadır.

Bu onun «Start a Fire» promoturu çərçivəsində səfər edəcəyi sonuncu ölkədir.

Aprelin 25-də Dilarə Kazımova Maltanın populyar TVPM və «Xarabank» teleşoularında iştirak edəcək, «Magic Radio» və «Radio Malta» radiostansiyalarının qonağı olacaq, dinləyicilərin suallarını cavablandıracaq.

Dilarə Kazımova «Eurovision 2014» Mahnı Müsabiqəsinin keçiriləcəyi Kopenhagenə aprelin 27-də yola düşəcək. O, müsabiqədə Azərbaycanı «Start a Fire» mahnısı ilə təmsil edəcək.
XS
SM
MD
LG