Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46
-

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə və siyasi fəaliyyətinə həsr olunmuş «Parisdən məktublar» sənədli filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sənədli film aprelin 29-da saat 19:00-da Nizami Kino Mərkəzində göstəriləcək.

Nazirliyin sifarişi ilə «Salnamə» studiyasında çəkilən filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir.

Çəkilişlər Əlimərdan bəyin ayağı dəydiyi bütün yerlərdə - Moskva, Sankt-Peterburq, Tbilisi, Batumi, Paris, İstanbulda aparılıb.

Filmin məsləhətçisi Ramiz AbutalıbovƏdalət Tahirzadədir.

1919-cu ildə Paris Sülh Konfransına qatılan Azərbaycan nümayəndə heyətinin yaşadığı «Claridge» oteli, Əlimərdan bəyin Parisdə qaldığı evlər, uyuduğu «Sen Klu» məzarlığı Ramiz Abutalıbovun köməkliyi ilə lentə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG