Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:51

Ukrayna əmin edir ki, antiterror əməliyyatları davam edir


Ukrayna təhlükəsizliq qüvvələri Slavyansk yaxınlığında. 24 aprel 2014
Ukrayna təhlükəsizliq qüvvələri Slavyansk yaxınlığında. 24 aprel 2014
Ukrayna rəsmiləri ölkənin şərqində aparılan antiterror əməliyyatlarının dayandırılması xəbərini təkzib edirlər. Bu ərəfədə mediada məlumatlar yayılmışdı ki, Rusiya qoşunlarının Ukrayna sərhəddindəki təlimləri ilə bağlı Ukrayna təhlükəsizliq qüvvələrinin əməliyyatları dayandırılıb.

Daxili işlər nazirliyinin müvəqqəti rəhbəri Arsen Avakov bu xəbərləri şaiyə adlandırır və iddia edir ki, əməliyyatlar davam etdirlir.

Avakov separatçılara qarşı əməliyyatlarda radikal siyasi qruplaşmalarının iştirakı haqda iddiaları da rədd edərək bildirir ki, Daxili işlər nazirliyi, Milli təhlükəsizlik xidməti və Müdafiə nazirlyinin apardığı birgə əməliyyatlara heç bir siyasi və ictimai təşkilat cəlb olunmayıb.

Aprelin 24-də prezident səlahiyyətlərini icra edən Aleksander Turchhynov da televiziya ilə çıxışında Ukraynanın şərqindəki əməliyyatların davam etdiriləcəyini bəyan etmişdi.

Rəsmi Kiyevin bəyanatları dolayısı ilə Donetsk separatçılarının dedikləri ilə təsdiqlənir. Onlar ötən gecə Slavyasnkda hökumət qoşunlarının ələ keçirdiyi mövqeləri geri qaytardıqlarını deyirlər.

Rusiya prezidenti Vladimir Putin Ukrayna təhlükəsizlik qüvvələrinin əməllərini “cəza əməliyyatları” adalandırmış, və “onu təşkil edənləri” xəbərdar etmişdi ki, əməliyyatların “ağır nəticələri” olacaq.
XS
SM
MD
LG