Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Diaspora İş üzrə Dövlət Komitəsi 3 xidməti maşın əvəzinə 7-sinə sahibdir


Foto: Arxiv
Foto: Arxiv
-
Diaspora İş üzrə Dövlət Komitəsi 3 xidməti maşın saxlamalı olduğu halda bu qurumda minik avtomobillərin sayı 7-dir.

Hesablama Palatası 2013-cü ilin büdcə xərclənməsi üzrə apardığı audit araşdırmasında aşkar edib ki, Diaspora İş üzrə Dövlət Komitəsində təkcə minik avtomobillərlə bağlı say həddi aşılmayıb. Həm də bir xidməti minik maşını təsdiqedici sənədlər olmadan balansdan silinib.

19 MİNLİK MAŞIN 3 MİN MANATA ÖZƏLLƏŞDİRİLİB

Daha bir avtomobilin məxaric edilməsi, yenisinin alınması isə Komitənin balansında öz əksini tapmayıb. Balansdan silinən 1997-ci il buraxılışlı maşının ilkin dəyəri 19 min manat olub. Hesablama Palatasının araşdırmasından sonra Komiyə həmin avtomobilin 3 min manata özəlləşdirildiyi və alınan məbləğin dövlət büdcəsinə ödəndiyi göstərilib. Komitə 74 min manata aldığı avtomobilin də sənədlərini qaydaya salıb.

11 MİN MANATA DƏVƏTNAMƏ

Audit araşdırması zamanı Diaspora İş üzrə Dövlət Komitəsində beynəlxalq tədbirlər və Novruz bayramı çərçivəsində verilən ziyafətlər zamanı nəzərdə tutulduğundan artıq vəsait xərcləndiyi məlum olub. Məsələn, Komitə bu ziyafətlərdə 21 min manat artıq pul xərcləyib. Üstəlik, nəzərdə tutulmayan tədbir üçün 5 min 250 manata 1500 dəvətnamə sifariş edib. Sonra da eyni sifariş üçün 6 min manat təkrar ödəyib.

Hesablama Palatası göstərir ki, Komitə bu vəsaitləri dövlət büdcəsinə qaytarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG