Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Rusiyanın Beynəlxalq Yardım Agentliyinin direktoru strategiya açıqlayır


Konstantin Kosachev
Konstantin Kosachev
Rusiyanın beynəlxalq yardım agentliyinin (Rossotrudnichestvo) rəhbəri bildirir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) üzvləri Moskvanın yeni təsdiqlənmiş beynəlxalq inkişaf əməkdaşlığı proqramının əsas hədəfləridir. Agentliyin direktoru Konstantin Kosachev aprelin 25-də «Kommersant»a danışıb. O, «ən yaxın qonşularımız 1 nömrəli prioritetimizdir», deyə bildirib.

Kosachev əlavə edib ki, Rusiyanın yardımı təkcə «qlobal problemlərin» həlli üçün nəzərdə tutulmamalıdır, həmçinin «Rusiyanın özünün milli maraqlarının reallaşmasına» xidmət etməlidir.

Kosachev-in sözlərinə görə, Ukraynadan alınan dərs bu ölkə vətəndaşlarının Rusiyanın son illərdə ayırdığı yardımdan xəbərsiz olmasıdır.

«Ukraynada çoxu elə düşünür ki, Rusiya Ukraynaya heç kömək etməyib, ancaq müdaxilə edib», o, bildirib. «Bu, isə tamamilə yanlışdır». Kosachev deyib ki, Rusiya Dünya Bankı vasitəsilə yardım ayıranda, kredit Dünya Bankı rəsmilərinə gedir, «həmin vəzifələrdə isə, bir qayda olaraq, ruslar deyil, amerikalı və avropalılardır».
XS
SM
MD
LG