Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:51

««National Geographic»i Azərbaycana gətirən Anar Məmmədovdur»


National Geographicj jurnalı

National Geographicj jurnalı

-

Aprelin 25-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


HAMI RƏNGLƏYİR, ADMİRALI TUTURLAR...


«Yeni Müsavat»
qəzetində Zamin Hacı Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Şahin Sultanovun həbsindən yazır:

«Şahin müəllimin ittiham olunduğu maddələrdən biri yeyintidir. Deyirlər o, yüz tonlarla rəngli boya alınması, guya gəmilərin təmiri adıyla dövlət büdcəmizə kalan pul atmışdır.

Açığı, bu boya məsələsi mənim çox xoşuma gəldi. Şahin müəllimin tipik, orta statistik yapokrat olmasını açır. Çünki ora-buranı yalandan rəngləyib, dekorasiya qurub Azərbaycanı talamaq, pulları siçovul kimi daşımaq yapokratiyanın təməl prinsipidir. Biri köhnə təyyarəni boyatdırıb təzə adıyla Belarusdan alırdı. Ayrısı binaları qaşıyıb, alkopon üzlük çəkib, zibillikləri hasarlayıb gizlədirdi. Başqası yolu təmir adıyla milyonları qapazlayırdı. Belə misallar saysızdır. Azərbaycan dekorativ dövlətdir, bunu dəfələrlə yazmışıq. İndi Sultanov da dövlətçilik prinsipinə əməl edibmiş, boyayırmış, bəs bunu niyə tutmusunuz, a zalımlar? Fırçanı əyri tuturmuş, ya absurd rəssamlığa girişibmiş?».

KORRUPSİONER ATALARLA YOX, AVTOŞ BALALARLA MÜBARİZƏ

«Azadlıq» qəzeti Şahvələd Çobanoğlunun yazısını dərc edib:

Korrupsiya ilə mübarizənin əvəzinə onların qudurğan balaları ilə mübarizəni göstərirlər bizə. Hətta bu mübarizə bəlli qədər hiss olunur. Ən azı belə bir görüntülər var. Bu arada eşitmək də olur ki, filankəsi oğlunun hərəkətinə görə işdən atdılar.
Yaxşı hiylədir. Guya ataları qudurğan deyillər, aydan arı, sudan durudurlar, yeganə qüsurları var, o da oğlanlarının avtoş olmasıdır.
Əslində, məmur balalarının qudurğanlığına qarşı bu «mübarizə»nin xitabı başqadır:
- Maşınla, maşının qiyməti və sürəti ilə xalqın gözünə girməkdənsə, gedin xalqın cibinə girin!

İŞIQLI XATİRƏLƏRDƏ YAŞAYIR

«Azərbaycan» qəzetində akademik Zərifə Əliyeva barədə məqalədə oxuyuruq:
Zərifə Əliyeva və Heydər Əliyev

Zərifə Əliyeva və Heydər Əliyev

«...Alim onu ən çox maraqlandıran peşə oftalmologiyası ilə mütəmadi məşğul olur. Bu maraq onu Azərbaycanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmağa sövq edirdi. O illərdə Zərifə xanım yorulmadan Bakının, Sumqayıtın, Mingəçevirin, Gəncənin bir sıra müəssisələrinə gedərək elmdə axtardığı sualların cavabını tapmağa çalışırdı. Beləliklə, o, elmdə birinci olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və onların profilaktikası üçün tədbirlər işləyib hazırlamışdır. Əldə etdiyi nəticələr alimin «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod infeksiyası zamanı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır.

Bu gün biz cəsarətlə deyə bilərik ki, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi əsaslı tədqiqatlar alimə böyük şohrət gətirmiş və onu dünya oftalmologiya məkanında tanıtmışdır.

AZƏRBAYCANDA YENİ MEDİA HOLDİNQİ: İLKİN AÇIQLAMALAR

«Qarant Holdinq» şirkətlər qrupu media quruluşları şəbəkəsi – «Qarant Media Holdinq» yaratmağa qərar verib. «Media forum» saytı bu münasibətlə «Qarant Holdinq» şirkətlər qrupunun Müşahidə Şurasının üzvü, qurumun Direktorlar Şurasının sədri Anar Məmmədovun sözçüsü Ruslan Məmmədovla söhbətləşib. Sözçü bildirib ki, «Qarant Media Holdinq»in saytı gələn həftədən işə düşəcək. Bütün məlumatlar orda yerləşdiriləcək, ictimaiyyətə açıqlanacaq. Hazırda saytın təqdim olunması üçün intensiv iş gedir.
Anar Məmmədov

Anar Məmmədov

«Biz saytı aprelin 25-də təqdim etməyi nəzərdə tuturduq, amma bəzi texniki məsələlərə görə təqdimat yubandı. Sayt gələn həftənin ortalarında yüksək səviyyədə təqdim olunacaq. Biz «National Geographic» jurnalının Azərbaycan dilində çap edilməsi və televiziyada yayılması hüququnu əldə etmişik. Bunu ilk olaraq biz Amerikadan Azərbaycana gətirmişik. Hələ ki, gündəmdə olan bu layihəni reallaşdırmaqdır».

- Televiziya verilişi deyəndə nəyi nəzərdə tutursuz?

- «Discovery» kanalı və «National Geographic» kanalı türk, Ukrayna, rus və ingilis dillərində var. Amma Azərbaycan dilində yoxudur. Niyə Azərbaycan dilində belə bir kanal olmasın?! Bu, dünyada təbiəti, onun mühafizəsini təbliğ edən, bu sahədə xalqı maarifləndirən bir verilişdir. Nə siyasi, nə iqtisadi kanaldır. Həmçinin bu sahə ilə bağlı jurnal da çap olunacaq.

- «Qarant Media Holdinq»in təsis olunduğu açıqlanandan sonra Məmmədovlar ailəsi haqda – istər Anar Məmmədovun özü, istərsə də onun atası nəqliyyat naziri Ziya Məmmədov, əmisi deputat Elton Məmmədov və əmisi oğlu Aynar Məmmədov haqda tənqidi yazıların sayı artıb. Anar Məmmədov bu yazıları necə qiymətləndirir?
- Anar Məmmədov sahibkardır. Gördüyü işlər də göz önündədir, ictimaiyyət bunları daima izləyir. Bilirsiz ki, Amerikada indi Azərbaycanı tanıdan ən işlək diaspor təşkilatı Anar Məmmədovun rəhbərlik etdiyi Amerika Azərbaycan Alyansıdır. «National Geographic»i Azərbaycana gətirən Anar müəllimdir. İndiyə kimi bunu heç kim edə bilməmişdi.

O ki qaldı atası Ziya müəllimə, əmisi Elton müəllimə və əmisi oğlanlarına, onların öz şəxsi həyatı və işləri var, bunları bir-birinə qatmayaq. Kimsə nəsə edibsə, burda Anar müəllimin nə günahı var?! Anar müəllim əmisi oğlunun hansısa bir yaxşı və ya pis hərəkətinin məsuliyyətini niyə daşımalıdır?!

ŞƏHƏR TOYUĞUNU BOYA, OLSUN KƏND TOYUĞU

Abşeron rayonunun Masazır qəsəbəsində iki qeyri qanuni fəaliyyət göstərən toyuq kəsimi sexində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. «Qafqazinfo»ya daxil olan məlumata görə, toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib. Qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayit Regional idaresinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Xidmətin əməkdaşları tərəfindən Masazır qəsəbəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan iki ünvanda, toyuq kəsimi ilə məşğul olan vətəndaş Anar Rəsulov və Füzuli Hacıyevin təsərrüfat obyektlərində reydlər aparıldı. Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib. Məlum olub ki, həmin şəxslər tərəfindən istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu adı altında satışa çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG