Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

ABŞ Dövlət katibi Rusiyanı xaos yaratmaqda ittiham edir


Slovyansk
Slovyansk

ABŞ Dövlət katibi John Kerry bildirib ki, Rusiyanın Ukraynadakı kursu dəyişmək üçün «imkan pəncərəsi» qapanır. Ötən gün Vaşinqtonda danışan amerikalı diplomat bildirib ki, Rusiya bir həftə əvvəl Cenevrədə əldə olunan razılaşmaya uyğun «bir konkret addım» belə atmayıb.

Kerry deyib ki, Rusiya fəaliyyətsizliyi ilə şərqi Ukraynada xaos və gərginliyin artmasına səbəb olur.

Dövlət katibinin sözlərinə görə, əgər Rusiya Ukraynanı sarsıtmaqda davam etsə bunun nəticələri «ağır» olacaq.

Kerry-nin bu bəyanatından əvvəl Qərb və Rusiya rəsmiləri Ukraynadakı böhranla əlaqədar bir-birini ittiham edib.

Rusiya televiziyasına müsahibəsində Rusiyanın BMT-dəki səfiri Vitaly Churkinsə bildirib ki, BMT baş katibi Ukraynanın «siyasi müxalifətə qarşı silahlı qüvvələrdən istifadəni» pisləməlidir.
XS
SM
MD
LG