Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

Kerry: Ukraynadakı kursu dəyişmək üçün «imkan pəncərəsi» qapanır


John Kerry

John Kerry

-

ABŞ Dövlət katibi John Kerry bildirib ki, Rusiyanın Ukraynadakı kursu dəyişmək üçün «imkan pəncərəsi» qapanır. Ötən gün Vaşinqtonda danışan amerikalı diplomat bildirib ki, Rusiya bir həftə əvvəl Cenevrədə əldə olunan razılaşmaya uyğun «konkret bir addım» belə atmayıb.

Kerry deyib ki, Rusiya fəaliyyətsizliyi ilə şərqi Ukraynada xaos və gərginliyin artmasına səbəb olur.

Dövlət katibinin sözlərinə görə, əgər Rusiya Ukraynanı sarsıtmaqda davam etsə bunun nəticələri «ağır» olacaq.

Kerry-nin bu bəyanatından əvvəl Qərb və Rusiya rəsmiləri Ukraynadakı böhranla əlaqədar bir-birini ittiham edib.

Rusiya televiziyasına müsahibəsində Rusiyanın BMT-dəki səfiri Vitaly Churkinsə bildirib ki, BMT baş katibi Ukraynanın «siyasi müxalifətə qarşı silahlı qüvvələrdən istifadəni» pisləməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG