Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

ABŞ Dövlət Departamenti Rauf Mirqədirovun həbsinə münasibət bildirdi


Rauf Mirqədirov
Rauf Mirqədirov
“Biz azərbaycanlı jurnalist Rauf Mirqədirovun Bakıya gələn kimi “qəfil” həbs edilməsindən narahatıq”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib.

Psaki Rauf Miqrədirovun həbsinin səbəbləri haqda səslənən ittihamları dilə gətirib. Söhbət jurnalistin Azərbaycan hökumətinin tənqidi yazılarına, yaxud regionda gərginliyin azaldılması, xalqlar arasında inamın yaradılması üçün keçirilən dialoqda iştirakına görə həbs edilməsi ehtimallarından gedir.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib, Bakıya gələn kimi tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG