Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:54

İlham Əliyev Çexiya prezidenti ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Milosh Zeman ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

“Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.

AzerTAc
XS
SM
MD
LG