Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Rusiya hücuma keçdi - Ukrayna haqda kitaba!


-

Qızışan Ukrayna böhranı kitab bazarına da təsir etməkdədir.

Rusiyada “Hitler və Stalin arasında. Ukraynalı üsyançılar” kitabını satışdan çıxarırlar.

Son vaxtlar kitaba tələbat artdığı üçün təkrar çap edilmişdi.

Tarixçi Alexander Gogun-un bu kitabı qətiyyən Rusiyanın indiki dövlət təbliğatına uyğun gəlmir.

İndi Rusiya rəsmiləri və KİV-ləri “benderovçular” sözünü Ukraynada ruslara nifrət edən neonasistlər mənasında işlədirlər.

Kitabdasa deyilir ki, Sovet hakimiyyətinə qarşı 40-cı illərdə mübarizə aparmış Stepan Bandera və onun millətçi tərəfdarları heç də nasistlərin əlaltıları olmayıblar.

1 il nasistlərə, 5 ilsə sovetlərə qarşı vuruşublar.

Onlar müstəqil Ukrayna uğrunda çalışıblar.

Müəllif Azadlıq Radiosunun rus xidmətinə deyib ki, kitabın adı da hakimiyyət orqanlarının xoşuna gəlməyə bilərdi.

Çünki indiki hakimiyyət Stalinin Hitlerlə eyni cərgəyə qoyulmasından qıcıqlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG