Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

Hərbi Prokurorluq keçmiş komandan Şahin Sultanovla bağlı açıqlama yayıb


Şahin Sultanov

Şahin Sultanov

-
Hərbi Prokurorluq Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən yoxlamalara və həbslərə rəsmi münasibət bildirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar bir müddət əvvəldən həyata keçirilirmiş:

«Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib».

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG