Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Prokurorluğun səlahiyyətləri azaldılır


Milli Məclis
Milli Məclis
-
Cinayət işi üzrə prokurorluq tərəfindən aparılan ibtidai istintaqların sayı azaldılır.

Bu haqda Milli Məclisdən apa-ya məlumat verilib.

Bura jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma faktı üzrə ibtidai istintaqın aparılması da daxildir. Bundan əlavə hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma maddələri üzrə ibtidai istintaqın aparılması da prokurorluq orqanlarından alınacaq.

Bundan əlavə ibtidai istintaqın aparılması ilə bağlı prokurorluğun səlahiyyətinə daha bir dəyişiklik edilir. Cinayət işinin prokurorluqda başlanması baş verdiyi halda prokurorluq Cinayət Məcəlləsinin 162-1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi üzrə ibtidai istintaqı apara biləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

«İSTİNTAQ, ÜMUMİYYƏTLƏ PROKURORLUQDAN ALINMALIDIR»

Hüquqşünas Xalid Bağırov hesab edir ki, prokurorluq tərəfindən aparılan ibtidai istintaqların sayı qismən yox, tamamilə ləğv olunmalıdır:

«İstintaq, ümumiyyətlə, prokurorluqdan alınmalıdır. Prokurorluğun konstitusion funksiyası dəqiqləşdirilməlidir. Prokurorluq istintaq aparmamalıdır. Prokurorluğun bu səlahiyyəti effektiv olmadığına görə ləğv olunmalıdır. Prokurorluqda yalnız dövlət ittihamlarını məhkəmədə müdafiə etmək səlahiyyəti saxlanmalıdır. Əks halda prokurorluq həm istintaq aparır, həm də dövlət ittihamçısı kimi çıxış edir. Belə olanda dövlət ittihamçısı öz istintaqını müdafiə edir. Axı hər ikisi eyni quruma tabedirlər. Belə olanda dövlət ittihamının müstəqilliyindən söhbət gedə bilməz. Yəqin ki, hələlik qismən prokurorluqdan alınacaq səlahiyyətlər polisə veriləcək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG