Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:30

Jurnalist Rauf Mirqədirovun müdafiəsinə daha bir vəkil qoşulub


-
Aprelin 24-dən həbsdə olan jurnalist Rauf Mirqədirovun müdafiəsinə daha bir vəkil-Elmar Süleymanov da qoşulub.

Bu barədə AzadlıqRadiosuna jurnalistin anası Rəfiqə Mirqədirova məlumat verib. İndiyə qədər jurnalisti vəkil Fuad Ağayev müdafiə edirdi.

Rəfiqə Mirqədirovanın dediyinə görə, hazırda hər iki vəkil Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalistlə görüşməkdədirlər.

2010-cu ilin avqustundan ailəsi ilə birlikdə Türkiyədə yaşayan jurnalist aprelin 19-da Türkiyədən deportasiya olunub və daha sonra Bakıda həbs olunub. Barəsində 3 aylıq həbs qərarı çıxarılan jurnalistə “dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.

Jurnalist bütün ittihamları əsassız sayır. Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlar da onun azad olunmasını tələb edirlər.

Human Rights Watch təşkilatının aprelin 24-də yaydığı bəyanatda qeyd olunur ki, “rəsmi Bakı jurnalisti azad etməli, Ankara da onun ölkədən məcburi çıxarılmasını araşdırmalıdır”.

Təşkilat bildirir ki, jurnalist Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulması bu həbsin iki ölkə arasında koordinasiyalı bir əməliyyat şəklində həyata keçirildiyinin əlamətlərini göstərir və bu, beynəlxalq hüquq normalarının pozulmasıdır

Günün bütün mövzuları

XS
SM
MD
LG