Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:08

Bakı Uşaq Teatrı «Həyatla oyun» oynayır


Bakı Uşaq Teatrı, arxiv foto
Bakı Uşaq Teatrı, arxiv foto
-
Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə qastrol səfərindədir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tamaşa Gənclər və İdman Nazirliyinin “Sağlam həyat tərzi” layihəsi çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Teatr Bərdə, Mingəçevir, Ağcabədi və Tərtər rayonlarında çıxış edib.

Arzu Soltanın qələmə aldığı və İntiqam Soltanın quruluş verdiyi tamaşada hadisələr bir qrup tələbə arasında cərəyan edir.

Universitet tələbəsi olan Duman narkotik maddə aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotik maddədən istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır.

Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr AİDS-dən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu aşkar olur.

Dumanın narkoman olmasına səbəb uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir.

1 saat 15 dəqiqə sürən tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG