Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

10 il əvvəl Bakıda polisi öldürən şəxs tutulub


Daxili İşlər Nazirliyi (DİN) 10 il əvvəl Bakıda polisi öldürən şəxsin tutulduğu barədə məlumat yayıb.

Məlumata görə, 2004-cü il avqustun 4-də Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polisi Asif Həmidovu qətlə yetirib, onun xidməti silahını götürüb hadisə yerindən qaçan şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş Rafiq Nurmetov yaxalanıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Rafiq Nurmetov istintaqa ifadəsində 2004-cü il avqustun 4-ü gecə saatlarında sərxoş halda törətdiyi hadisəni etiraf edib.

O, hadisədən iki ay sonra polisə məxsus tapançanı 600 dollara Əhmədli qəsəbəsində yaşayan Natiq Orucova satdığını deyib.

Əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş N. Orucov tapançanı Binə qəsəbəsində qardaşıgilin həyətində gizlətdiyini etiraf edib.

DİN-in məlumatına görə, baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə «Makarov» tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb.

Hazırda istintaq və əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG