Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:32

Ukraynada ATƏT nümayəndələri girov götürülüb (24-25 aprel xronologiyası)

Ukrayna antiterror əməliyyatına başlayan kimi Rusiya onun sərhədlərinə qoşun göndərdi. Putin Ukraynanı, Qərb də Putini hədələdi. Ukraynanın şərqindəki əməliyyatlar isə ilk uğurlardan sonra yerində saymağa başladı

Ukrayna təhlükəsizlik qüvvələri Donbasda hakimiyyəti ələ keçirən silahlı separatçılara qarşı yeni əməliyyatlara başlayıb. Pasxa bayramından dərhal sonra rəsmi Kiyev "anti-terror" əməliyyatlarının bərpa olunacağını elan etdi.

Aprelin 24-də separatçıların Slavyansk şəhərininin mərkəzinə qədər sıxışdırılıb. Toqquşmalarda 5 nəfərin öldüyü bildilir.

Donass vilayətindəki əməliyyata reaksiya verən Rusiya öz qoşunalarını Ukrayan sərhəddi istiqamətinə hərəkətə gətirir. Rusiya prezidenti və müdafiə nazirləri Ukraynanı hədələyir, Qərb isə əməliyyatlara haqq qazandırır.

AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir.

Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.

14:15 25.4.2014
Odessa yaxınlığında partlayış olub

Odessa yaxınlığında Ukraynayönlü nəzarət məntəqəsində partlayışda yeddi nəfər xəsarət alıb.

Rus xəbər agentlikləri polisə istinadla məlumat yayıb ki, bomba yoldan keçən maşından atılıb.

Xəsarətlər ağır deyil.

Təhqiqat gedir.

Davamı

XS
SM
MD
LG