Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:52

Rusiyada... söyüş söymək qadağan edilib


-
Rusiya Dövlət Duması televiziya və radio efirində, sənət əsərlərində ədəbsiz sözləri yasaqlayan qanunu qəbul edib.

“RİA Novosti”nin xəbərinə görə, aprelin 23-də Rusiya Dövlət Duması KİV-də və auditoriya önündə səsləndirilən sənət əsərlərində ədəbsiz sözlükdən istifadəni yasaqlayan qanunu 3-cü, yəni son oxunuşda bəyənib. Yeni qanun ədəbsiz deyim və söyüşdən yararlanan audio və videoməhsulların ayrıca qablaşdırılmasını və üzərində “ədəbsiz söyüş var” xəbərdarlığının yazılmasını tələb edir.

Yeni qanunu pozanlar cərimələnəcəklər. Ədəbsiz sözlərdən yararlanan hüquqi şəxslər 40 mindən 50 min rubladək, vəzifəli şəxslər 4 mindən 5 min rubladək, adi vətəndaşlar 2 mindən 2 min 500 rubladək cərimə ödəyəcək. Təkrar pozuntuya yol verənlər daha çox cərimə ödəməli olacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG