Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:50

Çexiyada «Şərq Tərəfdaşlığı»nın görüşü keçirilir


Şərq Tərəfdaşlığı Sammiti, 29 Noyabr 2013

Şərq Tərəfdaşlığı Sammiti, 29 Noyabr 2013

-
Aprelin 24-də Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının 2 günlük toplantısı keçirilir. Məqsəd proqram üzvü Ukraynada böhrana baxmayaraq əlaqələrin inkişafıdır.

Praqa görüşünə Ermənistan, Azərbaycan, Gürcüstan və Moldova prezidentləri qatılacaq. Ukraynanın xarici işlər nazirinin vəzifəsini icra edən Andriy Deshchytsya da görüşdə olacaq. Şərq Tərəfdaşlığının üzvü Belarus tədbiri boykot edir, çünki prezident Alyaksandr Lukashenka dəvət almayıb.

Avropa Birliyini Çex Respublikası, Avstriya, Litva, Polşa və Slovakiya təmsil edir.

Bu ayın sonunda Moldovaya Avropa Birliyinə vizasız səyahət veriləcək və iyunda blokla Assosiasiya sazişi imzalayacaq. Gürcüstan iyunadək Assosiasiya sazişini imzalamağa ümid edir.

Şərq Tərəfdaşlığına Rusiya tərəfdən güclü müqavimət var. Moskva qonşularını Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına üzv etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG