Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:00
“Maşınlarımızı saxladılar, mal-heyvanı zorla baytarlıq idarəsinə apardılar, özümüzü də cərimələdilər”.

Kürdəmir rayon sakini Heybət Aslanov AzadlıqRadiosunun “Qaynar xətt”inə yerli baytarlıq idarəsindən və polisdən şikayət edib. Deyir, aprelin 16-da adəti üzrə şəxsi mal-qarasını bazara aparırmış. Bazar yolunda yol polisinin "saxla" göstərişinə maşını saxlasa da, sonradan peşman olub:

"25 MANAT ALDILAR"

“Darışdılar maşının yük yerindəki mal-heyvana ki, bunlar xəstədilər, aparırıq baytarlıq idarəsinə. Məni də, mal-heyvanı da zorla idarəyə apardılar. Dedilər, bu mal-heyvanı daşımağına görə sənədin yoxdur. Məndən 25 manat aldılar".

Heybət Aslanovun sözlərinə görə, həmin gün müxtəlif kəndlərdən olan 50-dən çox sürücünü baytarlıq idarəsinə və rayon polisinə apararaq cərimələyiblər.

Kürdəmir rayon polis idarəsindən "Qaynar xətt"ə bildirilib ki, aprelin 16-da rayon ərazisində baytarlıq idarəsinin əməkdaşları ilə birgə reyd keçirilib. Məqsəd iri və xırdabuynuzlu heyvanların müşaiyəıtedici baytarlıq sənədi olmadan rayon daxilində və tranzit olaraq daşınmasının qarşısını almaq olub:

"MƏQSƏD QANUNSUZ DAŞINMANIN QARŞISINI ALMAQDIR"

"Reyd zamanı mal-qaranı satış üçün heyvan bazarına aparan yük maşınları saxlanılıb, yoxlamalara cəlb edilib. 30-a yaxın yük avtomobili saxlanılıb, heyvanlar həkimlər tərəfindən kliniki baxışdan keçirilib, sürücülərə və mal-qara sahiblərinə tətbiq edilən yeniliklər barədə məlumat verilib, Onlar müvafiq dövlət rüsumlarını ödəməklə müşaiyətedici baytarlıq şəhadətnaməsi əldə ediblər. Reyd zamanı müvafiq baytarlıq sənədi olmadan mal-qaranın daşınması ilə məşğul olan şəxslər 20-25 manat məbləğində cərimələnib. Reydin keçirilməsində əsas məqsəd müşaiyətedici baytarlıq sənədi olmadan heyvanların rayondaxili və tranzit daşınmasının qarşısını almaq olub".

Polisdən bildirilib ki, reyd zamanı bəzi sürücülər polislərin "saxla" əmrinə tabe olmayaraq qaçmağa cəhd göstəriblər:

"Məlum oldu ki, bəzi sürücülərin nəinki daşıdığı mal-heyvanın baytarlıq sənədini, heç özlərinin sürücülük vəsiqələri də yoxdur".

Kürdəmir rayon baytarlıq idarəsindən isə bildirilib ki, hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi bu reyd ilk dəfə təşkil olunub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG