Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:11

Hillary Clinton Rusiyaya daha sərt sanksiyalar istəyir


Hillary Clinton
Hillary Clinton
Rusiyaya qarşı beynəlxalq sanksiyalar «sərtləşdirilməli və genişləndirilməlidir». Bunu ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton aprelin 23-də Connecticut Universitetində çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxiləsinin əvəzini ciddi şəkildə ödəyəcək.

Clinton deyib ki, Qərb Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərərkən «çox aydın, güclü və müəyyən dərəcədə səbirli» olmalıdır. O, həmçinin Putini «saatı geriyə, Sovet İttifaqı dövrünə çəkməyə çalışmaqda» ittiham edib.

Clinton 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürmək fikrindədir.
XS
SM
MD
LG