Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Obama Moskvanı yeni sanksiyalarla hədələdi


ABŞ prezidenti Barack Obama bildirib ki, Rusiya Ukraynadakı böhranı aradan qaldırmağı nəzərdə tutan Cenevrə razılaşmasını yerinə yetirmir.

Aprelin 24-də Yaponiyada danışan Obama qeyd edib ki, Moskva «ən azından» razılaşmanı həyata keçirmək üçün tədbir görməyib.

ABŞ prezidenti deyib ki, əgər Rusiya razılaşma şərtlərini yerinə yetirməzsə «ABŞ sanksiyaları genişləndirəcək».

Aprelin 18-də Ukrayna, Rusiya, ABŞ və AB Şərqi Ukraynada silahlı qruplaşmaların tərkisilah edilməsi və zəbt olunmuş hökumət binalarının azad olunması haqda razılaşıblar.
XS
SM
MD
LG