Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:46

İlham Əliyev: «Asiya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək»


İlham Əliyev
İlham Əliyev
-

«Biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Bu istiqamətdə işlər uğurla gedir. Bu, ölkəmizin önəmini artırır, eyni zamanda, iqtisadi potensialımızı gücləndirir. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da möhkəmləndirəcəyik».

Bunu ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı zamanı prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, «Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir».

Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər. Son 10 ildə 7 aeroport tikilib, onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilib.

İlham Əliyev bildirib ki, hazırda AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmayıb. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir:

«Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı «Boeing», «Airbus», «Embraer» təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan «Airbus A 380» də enə və burada ona xidmət göstərilə bilər».

«ASİYA İLƏ AVROPANI BİRLƏŞDİRƏN ƏN RAHAT, QISA YOL AZƏRBAYCANDAN KEÇƏCƏK»


Prezident Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə də toxunub. Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycanın iki qitəni birləşdirəcəyini qeyd edib:

«Onsuz da biz Avropa ilə Asiya arasında olan bir ölkəyik. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-Tbilisi-Qars tarixi layihədir. Azərbaycan maliyyə yükünün böyük hissəsini öz üzərinə götürmüşdür. Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asiya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG