Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:42

Azərbaycanda avtomobil istehsalı artıb


2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 10,2 dəfə çoxdur.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) cari ilin birinci rübünün yekunları üzrə hesabatında deyilir.

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Məlumata görə, hesabat dövründə respublikada 101 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.
XS
SM
MD
LG