Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:37
ATƏT-in Ukraynadakı müşahidə missiyasının rəhbəri Ertugral Apakan bildirib ki, Donetsk vilayətində baş verən zorakılıqlar Cenevrə razılaşmalarının ruhuna ziddir.

Apakan iki nəfərin, o cümlədən yerli siyasi xadimin öldürülməsini pisləyib.

Avropa Birliyi, Rusiya, Ukrayna və ABŞ arasında Cenevrədə əldə edilmiş razılaşmada zorakılığa son qoyulmasına, qanunsuz silahların təhvil verilməsinə çağırış var.

Apakan deyib ki, qətllər bölgədə onsuz da gərgin olan vəziyyəti bir az da tarıma çəkib.

Ukrayna hakimiyyəti qətllərə görə rusiyameylli separatçıları suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG