Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:10

Qalib Şəfahətin 20-liyə düşməyə şeirləri


Qalib Şəfahət
Qalib Şəfahət
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Qalib Şəfahət


GÖZLƏRİ ILƏ OYNAYIR

Gözləri ilə oynadır,
alıb gətirdiyi
uşaq oyuncaqlarını.
Oyuncaqla oynamaq
öyrədir uşaqlarına,
gözlərində.
Hər gün tapşırır,
üst-başlarını batırmasın,
Təmiz saxlasın.
Aldığı paltarların ətrini
qəlbinə çəkir,
uşaq əvəzi.
Heç qıymayır
o paltarların
səliqəsi pozula,
ilkini geyindirəcək uşaqlararına.
Hər gün hazırlaşır,
ən uzun yola çıxır,
cehiz almağa yollanır.
Bəzən özünə aldanır.
Güzgüyə baxır.
Özünü güzgüdə tapır.
Allandıqca cılızlaşır,
gözlərinə geyinir
gəlinlik paltarını.
Toya hazırlaşır.
Bəzən gəlinlik paltarı
bədənini sıxır,
Ayaqqabıları ayaqlarını.
Soyunur əynindən.
Arada qısqanır,
birdən xəyanət edər əri.
Sonra ört-basdır edir,
şübhələrini.
Axı əri onu sevir,
o da ərini.
Qəlbindəki üzüntüdə
bəhanələr axtarır.
Yüz səmtə yozmağa.
Hayana yozsa da,
bu arzuların bir ucu
özündə qırılır.
Tapammır arzuların
qırıldığı yerləri.
Hər gün
gəzir-dolanır hər yeri.
Arzularına əlac tapmır,
Üşüyür,
həsrət qalıb
bir sevgi hənirtisinə qızınmağa.
Xəyalları xəyanət edib ona.
Özünü güzgüdə tapır.
Gözlərini oynadır,
Gözləri ilə oynayır,
Gözləri ilə danışır.


BAĞLA QAPINI

Aç qapını,
burax gözlərindən
çıxım gedim.
Axşamlar gözlərində
bağlayarsan qapını.
Gündüz də açmazsan,
gecə də bağlamağa tələsmə,
gözlərində bağlı qalıb o qapı.
Gecə də, gündüz də.
Bilirsən gəlməyəcəm,
səfərim uzaqdı.
O qapıdan baxmazsan çölə,
birdən kimsə gələr deyə.
Axırıncı dəfə mən çıxmışdım
o qapıdan.
Gözlərin məğrur deyildi onda...
Döyəndə də gərək
mərd qapısı döyəsən.
Heç kəs kəsdirməz,
nə də gözləməz,
Gözünün qabağında.
Gözlərini bağla,
bilirəm özünə arxayın deyilsən.
Üzümə açma qapını,
bağla sözlə...
Açarını da özündə saxla.
Bəlkə də kor deyəcəklər,
amma yalandı.
Axı görürdü gözlərin mən gedəndə..
Arxayın ol özündən.
Yuvan soyuq,
gözlərin buz kimi.
Heç ürəyinə də etibar yox
qızdira.
Elə bir adam da yoxdu
o qapının
taleyini, bəxtini
təzədən yazdıra.
Ya da başqa səmtə yozdura.
Hələ qalıb köhnə bir taleyin küncündə.
Gözləsən gələrəm o qapıdan,
gözləməsən ölərəm o qapıda.
Üzümə bağlı qapı,
Gözümə bağlı qapı,
Dərdlı, nalalı qapı,
Silahlı, yaraqlı qapı.
Bir vaxt ağ duvaqlı qapı,
Indi yasaqlı qapı.
Bayırda şaxtadır,
içəridə dondurar səni,
Möhkəm bağla qapını...
Bir cığır ayırsın
gözlərilə məni o qapıdan.
Görmə göz görməyəni.
Görmə gözə görünməyimi.
Xəyalların səfərə çıxıb.
Bağla qapını.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG