Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov həbs edilib


Şahin Sultanov

Şahin Sultanov

-
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib.

Bu barədə Bakı Hərbi Məhkəməsinə istinadən apa məlumat yayıb.

Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinən vitse-admiral barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğundan da faktı təsdiqləyiblər.

Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Hələ ötən il hüquq müdafiəçisi Bəxtiyar Məmmədov Şahin Sultanovu Bayraq Meydanı yaxınlığındakı 29 hərbçi ailəsinin köçürülməsinə ayrılan büdcə vəsaitini mənimsəməkdə ittiham edirdi.

Şahin Sultanov deyilənləri inkar edərək, əksinə, hüquq müdafiəçisinin ondan hədə-qorxu ilə pul tələb etdiyini söyləyirdi.

Onun şikayəti əsasında həbs olunan hüquq müdafiəçisi Bəxtiyar Məmmədov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG