Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

“Qanun” nəşriyyatından 6 yeni kitab gəldi


-

“Qanun” nəşriyyatından 6 yeni kitab gəldi.

Waris Dirie. SƏHRA ÇİÇƏYİ

Somali əsill qadın yazıçı Varis Dirie onu dünyada məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb.

“Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır.

Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis.

O, Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir formasıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.

Parinoush Saniee. MƏNİM PAYIM

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.

Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür...

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Rolf Dobelli. MƏNTİQLİ DÜŞÜNMƏ SƏNƏTİ

Belə bir fikir mövcuddur ki, ibtidai insanların bey­ni yalnız iki funksiyanı yerinə yetirmək üçün hesablanmışdı: ov etmək və yığıcılıqla məşğul olmaq. Lakin təəssüflər olsun ki, bəşər tarixində çox böyük dəyişikliklər baş verdiyi üçün indi bizim bu rəngarəng dünyada pula, karyeraya can atma, ailə və sosial münasibətlər dəyişmişdir.

Ona görə də biz təhtəlşüurumuzda hazırlanmamış, qayğılar içində sahmana salınmamış “mental tələyə” düşürük. Rolf Dobelli bir neçə il məntiqi yanlışlıqları təhlil edərək, özünü bu məsələlərin öyrənilməsinə həsr edir.

Məlum olur ki, biz bunları hiss etmədən, qismən anlamadan bu sıxacın məngənəsinə düşürük. Bu kitab sizə özünüzə və ətrafa baxmağa kömək edəcək, başqa cür desək, sizin bu vaxta qədər bilmədiyiniz reallıqların qapısını açacaq. Əgər siz bunu bu gün qaydaya sala bilərsinizsə, nəyə görə gələcək həyatınızı puç etməlisiniz?!

Bundan başqa “Qanun” Nobel mükafatlı Amerika yazıçısı Ernest Hemingway-in “Əcəl zəngi”, böyük rus yazıçısı F.Dostoyevsky-nin “Yeniyetmə” “Alçaldılmış və təhqir edilmiş insanlar” romanlarını da çap edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG