Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:51

Ombudsman Aparatının əməkdaşları NİDA-çılarla görüşüb


NİDA-çılar məhkəmədə
NİDA-çılar məhkəmədə
-
Aprelin 23-də Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq Təcridxanasında NİDA Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər.

Ombudsman Aparatı mətbuat xidmətinin məlumatına görə, görüşdə MPQ-nin həkim üzvü də iştirak edib

Məlumata görə, aclıq aksiyası keçirən NİDA üzvləri saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər. Onların səhhətlərində hər-hansı bir pozuntu aşkar olunmadığı da bildirilir.

Məlumatda o da vurğulanır ki, adıçəkilən şəxslər 17 aprel 2014-cü il tarixdən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.

Məlumata əsasən, aclıq aksiyası keçirənlər müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar. Aparat işçiləri müəssisə həkiminə aclıq aksiyası keçirən şəxslərin vəziyyətini nəzarətdə saxlamasını tapşırıblar.
XS
SM
MD
LG