Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Facebook fəalı barədə hökmdən apellyasiya şikayəti verilib


-
Aprelin 23-də müdafiə tərəfi Bakı Ağır Cinayətlər Məhkəməsinin Xaçmaz sakini, facebook fəalı Elsevər Mürsəlli haqda çıxardığı hökmdən apellyasiya şikayəti verib.
Məlumatı onun vəkili Xalid Bağırov verib.

Elsevər Mürsəlli ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs edib. O, külli miqdarda narkotik maddə saxlama ittihamı ilə tutulub. Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Yaxınları bildirir ki, Elsevər Mürsəlli ötən ilki prezident seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG