Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53
-
İranda pop müğənnisi, indiyədək “yeraltı musiqiçi” kimi tanınan Xaniar Khosravi-yə konsert icazəsi verilib.

Türkiyənin “Radikal” qəzetinin yazdığına görə, bugünədək internet saytları və gizli konsertlərlə özünü tanıtmaq məcburiyyətində qalan Khoshravi cümə axşamı – aprelin 25-də paytaxt Tehranda səhnəyə çıxacaq.

Qəzet Khoshravi-nin, beləcə, “xalqa açıq konsert təşkilinə rəsmi icazə verilən ilk pop müğənnisi” kimi tarixə düşəcəyini vurğulayıb.

Ötən ay “28” adlı ilk albomunu çıxaran Khoshravi konsertinin anonsunu bazar günü – aprelin 20-də “facebook” səhifəsində elan edincə onun heyranları hərəkətə keçib.
Konsert biletləri bir neçə saat içində satılıb qurtarıb.

Khoshravi – “Hamınızı orada görməkdən şad olacağam” – sözləriylə dinləyicilərinə təşəkkürünü bildirib.

Pop müğənninin sənət vurğunlarından biri “facebook” səhifəsində belə yazıb: “Bilet tapa bilmədim. Çox üzgünəm. Ölmək istəyirəm”.

İranda şəriət qaydalarına görə, musiqiçilərin Mədəniyyət və İslami İrşad Nazirliyinin razılığı olmadan səhnəyə çıxıb konsert vermələrinə icazə verilmir.
Pop müğənniyə konsert icazəsi bu baxımdan maraq doğurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG