Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:21

Əli bəy Hüseynzadənin 150 illiyi Salyanda da qeyd ediləcək


Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə
-

Salyanda tanınmış Azərbaycan ədibi Əli bəy Hüseynzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Əli bəy Hüseynzadənin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.
Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda doğulub.

O, böyük Azərbaycan ədibi, filosof və tərcüməçi , XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir.

Əli bəy Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkçülüyü ideologiya səviyyəsinə qaldırmış böyük şəxsiyyətdir.

Ədib 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, eyni zamanda şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib.

Əli bəy Hüseynzadə Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında da təhsil alıb.

O, bir sıra yüksək qiymətləndirilmiş rəsm əsərlərinin müəllifidir.

Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Əli bəy Hüseynzadə XX yüzilin əvvəlində mətbuat meydanına yeni bir nəfəslə, milli oyanış ideyaları ilə daxil olan, xalqın mədəni inkişafında dövrün tarixi rolunu ifadə edən «Füyuzat» jurnalının təsisçilərindən biri və baş redaktoru olub.

Əli Bəy Hüseynzadə 1940-cı ildə - ömrünün 76-cı ilində İstanbulda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG