Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Obama Yaponiyaya Çinlə ərazi mübahisəsində təminat verir


ABŞ prezidenti Barack Obama Asiya səfərinə Tokiodan başlayıb.

Obama Yaponiyanı əmin edib ki, Şərqi Çin dənizində Yaponiya ilə Çin arasında mübahisəli olan xırda adalar Yaponiya ilə ABŞ arasında müdafiə müqaviləsinin təsir dairəsindədir.

Obama Yaponiyadan sonra Cənubi Koreya, Malayziya və Filippində olacaq.

Ağ Ev bildirir ki, Obamanın səfərinin məqsədi ABŞ-ın xarici siyasətini “yenidən tarazlamaqdır”.

Obama prezidentliyi dövründə 5-ci dəfədir ki, Asiyaya səfərə gedir.

1966-cı ildən bəri isə ilk ABŞ prezidentidirir ki, Malayziyaya səfər edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG