Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13
-
Tehranda hər 3 evlənəndən biri boşanır. Rusiya iqtisadiyyatı müharibə etmək gücündə deyil, Rusiyada orta sinif əhalinin yarısından çoxdur. - Mətbuat icmalı
***

İranda son bir ildə 158 min 753 boşanma olub. Bu, bir il əvvəllə müqayisədə 4,6 faiz çoxdur.

Frans Press yazır ki, islam ölkəsi İranda 2007-ci ildə evlənənlərin 12 faizi boşanırdısa, indi bu, 21 faizdir.

Tehranda hər 3 ailədən biri dağılır.

İranda nikahlar da azalır.

Son bir ildə İranda 757 min ailə qurulub, bu da bir il əvvəlkindən 4,4 faiz azdır.

İran rəsmiləri boşanmaların səbəbini kasıblıqda, narkotiklərdə və ailə zorakılığında görür.

***
Moscow Times hesab edir ki, Rusiya iqtisadiyyatı müharibə aparmaq gücündə deyil.
Qəzet yazır ki, keçən həftə Rusiyanın Təhlükəsizlik Şurası toplanmışdı. Burda 12 kişi və bir qadın var.

Kişilərin hamısının təxminən 60 yaşı var, onlar Sankt Peterburqda KGB-də işləyiblər. Toplantıda iştirak edənlərin heç birinin indiki beynəlxalq qarşıdurma şəraitində Rusiya iqtisadiyyatı haqda aydın fikirləri yox idi. Rusiya Təhlükəsizlik Şurası

Rusiya Təhlükəsizlik Şurası


Qəzet yazır ki, ABŞ-ın Təhlükəsizlik Şurasında isə bir neçə iqtisadi rəsmi var, o cümlədən maliyyə naziri. Çünki ABŞ-da Milli təhlükəsizliyi iqtisadiyyatdan ayırmırlar.

Qəzet daha sonra Rusiya iqtisadiyyatının gücünə keçərək yazır ki, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının 2,9 faizidir.

Müqayisə üçün, NATO ölkələri iqtisadiyyatlarının dünyada payı 6 faizdir.

Rusiyanın hərbi xərcləri NATO-nun hərbi xərclərinin 10-da 1-dir.

Dünya Bankının son hesabatına görə, Rusiyanın xarici borcu 732 milyard dollardır. Dövlət banklarının 128 milyard, dövlət şirkətlərinin 164 milyard dollar borcu var. Hökumətin borcu 80 milyard dollardır. Özəl sektorun borclarını çıxmaqla, Rusiyanın ictimai sektorunun xarici borcu 372 milyard dollardır. Xarici valyuta ehtiyatları isə 477 milyarddır.Bu ehtyatlar dondurula da bilər.

Bütün bunlar qəzetin fikrincə, Rusiyanın beynəlxalq maliyyə sanksiyalarına çox həssas olacağını göstərir.

Qəzet yazır ki, Rusiya vaxtilə ABŞ-da dağılan “Lehman Brothers” şirkəti kimi çökə bilər.

***

Financial Times yazır ki, Ukrayna hadisələrindən sonra bir çox investorlar Rusiyadan gedir. Ancaq Rusiya pul qazanmaq üçün imkanlı ölkədir.

Qəzet bunu Rusiyanın orta sinfinin böyüklüyü ilə izah edir. ATƏT-in varlı ölkələr üçün metodologiyasını götürəndə, Rusiyada orta sinif əhalinin yarısından çoxdur. Müqayisə üçün, Braziliyada orta sinif əhalinin 30 faizidir, Çində 21, Hindistanda 11 faizi.

Rusiyada orta sinfin böyüklüyü, alıcıların sayının çox olmasını təmin edir və nəticədə böyük istehlak bazarı yaranır. Qəzet yazır ki, bir sıra metodologiyalarla hesablayanda Rusiyanın istehlak bazarı Avropada 2-cidir.

Financial Times yazır ki, Rusiya iqtisadiyyatının inkişafında son illərin nailiyyətini insanların pul xərcləməsi və bu xərclərin kəskin artması təmin edib. Ancaq bundan sonrakı mərhələdə inkişaf üçün investisiya lazımdır.

***

Foreign Policy yazır ki, beynəlxalq aləm Putin Rusiyasının hərəkətlərini pislədiyi vaxt, beynəlxalq oyunçuların bir nüfuzlu qrupu var ki, Rusiya onlar üçün cəlbedici olaraq qalır.Bunlar beynəlxalq neft şirkətləridir.

Foreign Policy yazır ki, beynəlxalq neft nəhəngləri Rusiya ilə işləməkdə davam edirlər, faktiki olaraq ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı səylərini laxladırlar. Beynəlxalq aləm Rusiyanı cəzalandırmaq istədiyi vaxt, onlar Putin hökumətini ayaqda saxlayır.

Ukrayna hadisələri başlanandan sonra Shell, Exxon, Statoil,BP, Total kimi şirkətlərin səhmlərinin qiyməti son bir ildə ən yüksək həddə çatıb.

Bu da onu göstərir ki, bu şirkətlərin səhmdarları da bu şirkətlərə təzyiq etmirlər ki, Moskva ilə işləməkdən çəkinsinlər.

Ancaq Foreign Policy hesab edir ki, böyük neft şirkətləri Putin hökumətinə çox yanlış siqnal göndərirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG