Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:10

«Bacarırsansa, xilas et: rəssamlar xəstə uşaqlara» aksiyası keçirilib


Arxiv foto

Arxiv foto

-

Bakıda «Bacarırsansa, xilas et: rəssamlar xəstə uşaqlara» xeyriyyə aksiyası keçirilib.

Aksiya Azərbaycan rəssamlarının (Mir Teymurun başçılığı ilə) təşəbbüsü ilə təşkil edilib.

Aksiyada iştirak edən 36 rəssam öz əsərlərini auksiona hədiyyə edərək, yığılan məbləği xəstə uşaqların müalicəsinə xərcləyəcəklərini bildiriblər.

Auksiona çıxarılan işlərin hamısı satılıb və ümumilikdə 6600 manat toplanıb.

Bu məbləğ «Uşaqların xoşbəxt gələcəyi» təşkilatına ürək qüsuru olan Səda Vəlilinin Kiyev şəhərində təcili cərrahi əməliyyat və yol xərclərini ödəmək üçün təqdim olunub.

Şərhləri göstər

XS
SM
MD
LG