Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Sərhədsiz Reportyorlar Rauf Mirqədirovun həbsini pisləyib


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar
Jurnalistlərin müdafiəsi ilə məşğul olan «Sərhədsiz Reportyorlar» təşkilatı Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun həbsini pisləyib.

Təşkilatın MDB və Şərqi Avropa şöbəsinin rəhbəri Johann Bihr bildirir ki, «Rauf Mirqədirovu ölkədən qanunsuz çıxarmaqla, Türkiyə hakimiyyəti onun Azərbaycanda təqib olunmasına bağlı olduğunu göstərdi. R. Mirqədirova qarşı ağır ittihamlar tamamilə absurddur. Jurnalist əldə edilməsi mümkün olmayan sənədləri necə ötürə bilərdi?».

Bəyanatda deyilir ki, Türkiyə hakimiyyəti aprelin 9-da Rauf Mirqədirovun akkreditasiyasını ləğv edib, jurnalist ölkədən çıxarkən gözlənilmədən həbs olunub. «Ona vəkil verilməyib və ailəsi ilə danışmaq imkanı yaradılmayıb. Sonra Ankara-Bakı təyyarəsi ilə deportasiya edilib. Təyyarədən endikdən dərhal sonra həbs olunub, aprelin 21-də isə CM-in 274-cü maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs olunub.

«Sərhədsiz Reportyorlar» R. Mirəqdirovun xidmətlərini, onun jurnalistikada keçdiyi yolu, «Fəxri jurnalist» adına layiq görüldüyünü, Gerd Buserius Fondunun beynəlxalq mükafatının sahibi olduğunu qeyd edir.

Bəyanatda deyilir ki, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ildən-ilə pisləşir. Tanınmış jurnalistlərin və bloggerlərin bir çoxu həbsdədir, ya da hakimiyyət onları təqib edir.
XS
SM
MD
LG