Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:23

NİDA-çıların valideynləri aclıq aksiyasını dayandırır


aclıq aksiyası keçirən valideynlər

aclıq aksiyası keçirən valideynlər

-
NİDA-çıların valideynləri bu gün aclıq aksiyasını dayandırır. Həbsdəki Şahin Novruzlunun anası Mehparə Novruzlu AzadlıqRadiosuna bildirib ki, aksiyanı müvəqqəti dayandırırlar:

“Bizim uşaqlarımız bizim aclıq aksiyasını dayandırmağımız tələbi ilə dünəndən su içməməyə başlayıblar. Buna görə də biz aclığı bugündən dayandırırıq. Ancaq bu müvəqqəti xartakter daşıyır. Əgər övladlarımız azadlığa buraxılmasalar yenidən aclıq aksiyasına başlayacağıq”.

Həbsdəki 8 NİDA-çı aprelin 17-dən özlərinin azadlığa buraxılmaları tələbi ilə aclıq aksiyasına başlayıb. Valideynləri də aprelin 20-də övladlarının azadlığa buraxılmaları tələbi ilə aclıq aksiyası başladıb. Dövlət ittihamçısı 8 NİDA-çıya 6 il yarımdan 8 il yarımadək iş istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG