Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44
“Bizə mayın əvvəlinə kimi özümüzə iş tapmağımızı tapşırıblar. May ayına isə 2 həftə qaldı. Hara gedək?”

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Azərbaycan Dəmiryolu Bakı Vaqon Deposunun bir qrup bələdçisi yazıb. 78 nəfərin imzası olan məktubda daha sonra qeyd edilir:

“Biz dəmiryolçular bir çox problemlərlə bağlı 10 yanvar 2014-cü ildə prezident İlham Əliyevə müraciət ünvanlamışıq. Bu qədər vaxt ötməsinə baxmayaraq, məktubumuza cavab verilməyib. 30 nəfər vaqon bələdçisi Prezident Administrasiyasına qəbul üçün müraciət etsək də, nail ola bilmədik. Biz dövlət başçısına ünvanladığımız ərizəmizin cavabını öyrənmək istəyirdik. Prezidentin müşaviri Əli Əsədova zəng vuranda, köməkçi ərizəmizin dəmiryolu idarəsinə göndərildiyini dedi. Prezident Administrasiyasında Hikmət adlı şəxsi Əli Əsədovun müavini kimi təqdim etdilər. Həmin şəxs isə bizə danışmağa imkan verməyərək Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qəbuluna getməyimizi məsləhət gördü”.

Dəmiryolçular isə şikayətçi olduqları idarəyə yönlədirilmələrindən narazılıq edirlər:

“Dəmiryolunda ən mühüm vəzifələrdən birini özəlləşdirən Elyar Muradovdur. Sərnişin Daşıma İstehsalat Birliyinin rəisi olan bu şəxs 17-18 ildir ki, bizə qan uddurur, istismar edir və qul kimi işlədir. Dövlətin vaqonları bizə pulla satılıb. Vaqonun təmiri və lazım olan avadanlıqlar öz hesabımıza başa gəlib. Bu barədə saysız-hesabsız müraciətimizə baxan yoxdur. 3000 nəfər kişi bələdçisindən hazırda 300 nəfər qalıb. Bizə də may ayına qədər vaxt qoyublar. Kişi bələdçilər onlara lazım deyil, işə qadın bələdçiləri qəbul edirlər. Deyirlər ki, kişiləri işdən azad edib qadınları qəbul etmək göstərişi Prezident Administrasiyasından gəlib”.

HARADA İŞ AXTARACAQLARINI BİLMİRLƏR

Dəmiryolçular yazırlar ki, hər birinin azı 25 illik iş təcrübəsi var. Bundan sonra harada iş axtaracaqlarını bilmirlər:

Əgər bizi işdən çıxarsalar, xarici ölkə səfirliklərindən sığınacaq istəmək məcburiyyətində qalacağıq”.

Sərnişin Daşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov isə keçmiş dəmiryolçunun iradlarını qəbul etmir:

“Dəmiryolçuların müraciətinə baxılaraq onlara cavab verilib. Hazırda da onların iddialarına məhkəmədə baxılır. Kişi bələdçilərin qadın bələdçilərlə əvəz olunmasına gəlincə, kişilər asan yol axtarırlar. Onlar istəyirlər ki, qadın vaqonu təmizləsin, özləri isə əli cibində səyahət etsinlər. Bunu heç müzakirə etməyə də dəyməz”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov da keçmiş dəmiryolçuların eyni iddialarla məhkəməyə müraciət etdiklərini bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG