Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30
-
Yaponiyanın səfiri Tsuguo Takahashi Naxçıvanda səfərdədir. Aprelin 22-də o, Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Ali Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Naxçıvanla Yaponiya arasında əlaqələrin inkişafı müzakirə olunub.

Vasif Talıbov kənd təsərrüfatı, təhsil, turizm sahələrində qarşılıqlı əlaqələrin mövcud olduğunu bildirib. O, səfirin Naxçıvana səfərinin bu əlaqələrin inkişafında səmərəli olacağını deyib.

Tsuguo Takahashi diplomatik fəaliyyəti dövründə Naxçıvanla əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini qeyd edib.
XS
SM
MD
LG