Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:41

Gülər Əhmədovanın məhkəməsi təxirə salınıb


Gülər Əhmədova
Gülər Əhmədova
Aprelin 23-də Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi təxirə salınıb.

Buna səbəb Gülər Əhmədovanın vəkillərindən biri Fazil Nemətovun məhkəməyə gəlməməsi olub. Vəkil başqa bir məhkəmədə iştirak etdiyindən bu prosesə qatıla bilməyib.

Məhkəmə aprelin 25-də davam edəcək.

G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. Bundan sonra müdafiə tərəfi apellyasiya şikayəti verib.
XS
SM
MD
LG