Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

İrandan 58 kiloqrama yaxın narkotik maddənin ölkəyə keçirilməsinin qarşısını alıb


-
Azərbaycan sərhədçiləri İrandan gətirilən 58 kiloqrama yaxın narkotik maddənin qarşısını alıb.

Bu haqda aprelin 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) saytı məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə aprelin 12-də gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib.

“Dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs tutulub. Onun Azərbaycan ərazisinə daxil olmasının qarşısı alınıb, nəticədə sərhəd pozucusu geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib və 3 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb”.

Aprelin 15-də saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə aşkarlanıb.

“Sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olublar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristal formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb”.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 318, 206, 234-cü maddələri ilə cinayət işləri başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG