Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Obama Yaponiya-Çin ada mübahisəsindən danışıb


Barack Obama
Barack Obama
-

ABŞ prezidenti Barack Obama Yaponiyanı əmin edib ki, Şərqi Çin dənizində kiçik adalar qrupu ABŞ-Yaponiya müdafiə alyansının şərtlərinə daxildir. Həmin adalar Tokio və Pekin arasında mübahisə predmetidir.

Obama aprelin 23-də yapon qəzetinə danışıb. O, Asiya turuna yollanır.

Obama deyib ki, Yaponiyanın adalar üzərindəki administrasiyasını pozan istənilən cəhdə qarşı çıxacaq.

Çin və Yaponiya iki ildir həmin adalar üzərində mübahisə edir. Noyabrda Çin ərazidə «havadan müdafiə identifikasiya zonası» yaradıb.
XS
SM
MD
LG