Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Ruslardan yarıdan çoxu Leninə müsbət yanaşır


Leninin S. Peterbuqdakı heykəli

Leninin S. Peterbuqdakı heykəli

Rusiyada aparılan rəy sorğusu üzə çıxarıb ki, respondentlərin 51 faizi bolşevik lideri Vladimir Leninin Rusiya tarixi üzərindəki nüfuzunu «tam müsbət» və ya «əsasən müsbət» sayır.

Rəy sorğusunu Levada Mərkəzi aprelin 22-də, Leninin anadan olmasının 144-cü ildönümündə yayıb.

Leninin müsbət reytinqi 2006-cı ildən bəri davamlı artıb, həmin vaxt rusların 29 faizi ona müsbət yanaşırdı.

İndi isə rusların 26 faizi Leninə münasibəti «tam mənfi» və ya «əsasən mənfidir». Levadanın yanvarda açıq1adığı sorğuya görə, rusların 53 faizi Leninin meyitini görmək istərdi. Onun meyiti hazırda Qızıl Meydanda mavzoleydə saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG