Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Ucarda ana doğuşdan sonra vəfat edib


Ucar rayonunda ana doğuşdan sonra vəfat edib

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında vəfat edib.

Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu, S. Abdulrəhmanovanın ilk doğuşu imiş.
XS
SM
MD
LG